İnstitutun birinci rektoru, xalq təhsilinin görkəmli nümayəndələrindən biri, Respublikanın əməkdar müəllimi Aleksey Spiridonoviç Loginov olmuşdur. A.S.Loginov şəxsən institutun fəaliyyəti üçün tədris, elmi və metodiki göstərişlər hazırlamış, məhz onun rəhbərliyi ilə metodiki cəhətdən əsaslandırılmış tədris planları və bu planlar əsasında rus dili və ədəbiyyat fənlərindən ilk proqramlar tərtib olunmuşdur. 1952-ci ildə Müəllimlər İnstitutu bazasında Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstiututu yaradılmış və bu İnstituta A.S.Loginov rəhbərlik etmişdir. Respublikamızda rus dili və ədəbiyyatı müəllimlərinin hazırlanmasında A.S.Loginovun çox böyük rolu olmuşdur. O, uzun müddət məktəb direktoru, ali məktəb müəllimi, Təhsil Nazirliyinin ali məktəb və pedaqoji məktəblər idarəsinin rəisi, Azərbaycan SSR Təhsil Nazirinin müavini vəzifələrində çalışmışdır. A.S.Loginov 1918-ci ildə Həştərxan Dövlət Universitetinin Tarixfilologiya fakultəsini bitirmişdir. N.Nərimanov Həştərxa ətraflı
Xalq təhsilinin görkəmli təşkilatçısı, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun yaradıcılarından biri Q.K.Məmmədov müxtəlif illərdə bu institutun prorektoru və rektoru vəzifələrində işləmişdir. İnstitutun əsas inkişaf mərhələləri onun adı ilə bağlıdır. 60 il ərzində Q.K.Məmmədov yorulmaq bilmədən Xalq təhsili sahəsində çalışmış və hamının böyük hörmətini qazanmışdır.1920-ci ildən pedaqoji fəaliyyətdə olmuşdur. 1924-cü ildə Bakı Xalq Təhsili Institutunu bitirmişdir.1920-ci ildən 1930-cu ilə kimi müəllim, sonra məktəb direktoru (Ramana, Balaxanı), 1930-cu ildən 1931-ci ilə kimi RTXŞ-in müdiri (Bakı şəhəri), 1931–1933-cü illərdə Bakı Şəhər Təhsil Şöbəsi müdirinin müavini işləmişdir. Q.K.Məmmədov 1934–1935-ci illərdə Elmi-Tədqiqat Pedaqoqika İnstitutunda direktor, 1935–1936-cı illərdə Azərbaycan SSR Xalq Təhsili Komissarlığında Ali məktəblər və pedaqoji məktəb şöbəsinin rəisi, 1936–1939-cu illərdə Naxçıvan Muxtar Respublikasının Xalq Təhsili Komissarı, 1938 ətraflı
Görkəmli alim, Azərbaycan dili və onun tədrisi metodikası üzrə böyük nüfuz sahibi, pedaqoji elmlər doktoru, professor. 1966–1970-ci illərdə M.F.Axundov adına Dillər İnstitutunun rektoru olmuşdur.1920–1930-cu illərdə müəllim işləmiş Abdullayev 1930-cu ildən ömrünün sonlarına kimi ali məktəblə bağlı olmuşdur. 60-cı illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun elmi işlər üzrə prorektoru, eyni zamanda İnstitutun Azərbaycan dilinin tədrisi metodikası kafedrasının müdiri işləmişdir. 1970-ci ildən 1976-cı ilə kimi həmin İnstitutunun Azərbaycan dilinin tədrisi metodikası kafedrasının müdiri işləmişdir. Professor A.S.Abdulayev 150-dən çox elmi işin, o cümlədən «Azərbaycan dilinin tədrisi metodikası», «Azərbaycan dilinin tədrisi tarixindən» adlı fundamental monoqrafiyaların və orta məktəb üçün bir sıra dərsliklərin müəllifidir. Onun əsərləri arasında «Ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisi», «Üslubiyyatın tədrisi metodikası», «Müəllimin nitq mədəniyyəti», «Nitq mədəniyyə ətraflı
Əsərləri beynəlxalq nüfuz qazanmış görkəmli alim-ensiklopedist, Azərbaycan rusistikasının banisi, leksikologiya, leksikoqrafiya, fonetika, frazeologiya, sintaksis, rus dilinin tədrisi metodikası, mətnin linqvistikası – nəzəri və tətbiqi rusistikasının inkişafı məhz prof. M.T.Tağıyevin adı ilə bağlıdır. Bu sahələrdə professor M.T.Tağıyev təkrarolunmaz iz qoymuşdur. Görkəmli rusistlər akademik V.V.Vinoqradov və H.Y.Şvedovanın şagirdi olmuş M.T.Tağıyev adi laborantdan M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunun rektoru vəzifəsinə kimi yüksəlmiş, institutun təşəkkül tapmasında, Azərbaycanda rus dilçiliyinin inkişafında əvəzolunmaz rol oynamışdır. Namizədlik dissertasiyasını 1954-cü ildə, doktorluq dissertasiyasını 1967-ci ildə müdafiə etmişdir. 1968-ci ildən professor,1970–1972-ci illərdə rektor olmuşdur. 40 ildən çox elmi-pedaqoji fəaliyyətində (1954–1994) 120-dən artıq elmi iş nəşr etdirmiş, o cümlədən, «Qısa rusca-azərbaycanca frazeoloji lüğət» (1964), «Müasir rus dilinin feil ətraflı
Filologiya elmlər namizədi, dosent Ə.N.Məmmədov Vladivostok şəhərində hərbi tərcüməçi kursunu və Moskva Xarici Dillər İnstitutunun silahlı qüvvələrin hərbi fakültəsini bitirmişdir. Monqolustanda hərbi xidmətdə olmuşdur. Məktəb direktoru, Azərbaycan KP MK-də təlimatçı, şöbə müdirinin müavini, şöbə müdiri, elm və ali təhsil idarələrinin rəhbəri vəzifələrində çalışmışdır. Azərbaycan SSR Ali Sovetinin »Əmək rəşadəti» medalı və Fəxri fərmanı ilə təltif olunmuşdur. 1962-ci ildən 1966-cı ilə qədər o, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili nazirinin müavini vəzifəsində çalışmışdır. 1972-ci ildən 1982-ci ilə qədər İnstitutun rektoru olmuşdur. Yüksək təşkilatçılıq qabiliyyətinə malik olmuş və institutun inkişafında böyük rol oynamışdır.Kənd məktəblərinin yüksək ixtisaslı rus dili və ədəbiyyat müəllimləri ilə təmin olunmasınadaima qayğı göstərmişdir. Ə.Məmmədovun təşəbbüsü ilə İnstitutda açılan hazırlıq kurslarında oxuyan tələbələrin əksəriyyəti instituta daxil olurdular. «Dilçiliyə giriş» fə ətraflı
1951-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. F.T.Sultanzadə aşağıdakı vəzifələrdə işləmişdir: 1952-ci ildən Azərbaycan Dövlət Universitetinin Rus dili kafedrasında müəllim, 1962-ci ildən Rostov Dövlət Universitetinin aspirantı, 1969-cu ildə partiya təşkilatı katibi, 1973-cü ildən 1982-ci ilə qədər S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Rus dili kafedrasının müdiri, 1982-ci ildən 1988-ci ilə qədər M.F.Axundov adına Azərbaycan Rus dili və Ədəbiyyatı İnstitutunun rektoru işləmişdir. F.T.Sultanzadə 1970-ci ildən filologiya elmləri namizədi, 1972-ci ildən dosent olub. «Формы именного склонения по данным «Донских дел» (на материале войсковых отписок первой половины XVII века)» adlı dissertasiyanın müəllifidir. F.Sultanzadə Azərbaycan qrupları üçün «Rus dili» dərsliyinin, (T.Əfəndiyevin həmmüəllifliyi ilə), 1980; «Mürəkkəb-tabeli cümlələrin təsnifatı və aktual üzvlənməsinin bəzi məsələləri» (E.Məmmədovun həmmüəlifliyi ilə), 1984; «Rus və Azərba ətraflı
1954-cü ildə Moskva Dövlət Universitetini «Rus dili və rus ədəbiyyatı» ixtisası üzrə bitirmiş, 1964-cü ildə «Межъязыковая транспозиция паремий (о переводе на русский язык западно-европейских пословиц)» namizədlik, 1973-cü ildə isə «Проблематика перевода как предмета переводовения» mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1960-cı ildən 1990-cı ilə qədər Azərbaycan Dövlət Universitetində rus dili, rus dilçiliyi, ümumi dilçilik kafedralarında assistent, dosent, professor vəzifələrində işləmiş, Ümumi filologiya və Dünya ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmış, Bakı pedaqoji ali təhsil ocaqlarında və rus dili və xarici dil müəllimlərinin ixtisasartırma fakültəsində ümümi və rus dilçiliyi, ümumi və slavyan filologiyası fənlərini tədris etmişdir; 1988-ci ildən 1989-cu ilə qədər M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı Institutunun rektoru vəzifəsində işləmişdir. Elmi-pedaqoji kadrların hazırlanmasında və onların attestasiyasında fəal surətdə iş ətraflı
Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, rusistika sahəsində görkəmli alimdir. 1960-cı ildə M.F.Axundov adına Pedaqoji Dillər İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, elə həmin il Moskva Dövlət Universitetinin aspiranturasına daxil olmuşdur. 1963-cü ildən 1965-ci ilə qədər doğma İnstitutda müəllim işləmişdir. 1965-ci ildən 1990-cı ilə qədər Azərbaycan Dövlət Universitetində baş müəllim, Rus dilinin praktik kursu, Rus dilçiliyi kafedralarında müdir, prorektor vəzifələrində çalışmışdır. 1990-ci ildən 1997-ci ilə qədər M.F.Axundov adına Rus dili və Ədəbiyyatı institutunun rektoru olmuşdur. 1967-ci ildən elmlər namizədi, 1972-ci ildən dosent, 1979-cu ildən elmlər doktoru, 1983-cü ildən professor vəzifələrini tutmuşdur. Frazeologiya sahəsində tanınmış mütəxəssisdir. Onun «Tarixi frazeologiya» haqqında işi elmə dəyərli töhvə olmuşdur. Professor F.H.Hüseynov 50-dən artıq elmi işin müəllifi, həmçinin prof. M.T.Tağıyevlə birgə yazdığı «Azərbaycan ətraflı
K.M.Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri. Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yaradıcılıq Fondunun sədri, Bakı Slavyan Universitetinin sabiq rektoru (2000-2014), dilşünas,ədəbiyyatşünas, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014-cü ildən), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, «Türkologiya» jurnalının baş redaktorudur. 4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1968- ci ildə Bakıda 190 saylı tam orta məktəbi bitirib. 1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1973-1976-cı illərdə SSRİ EA Dilçilik İnstitutunun «Türk dilləri» şöbəsinin əyani aspirantı olub. 1977-ci ilin yanvar ayında Moskvada «Sintaktik paralelizm» («Kitabi-Dədə Qorqud» dastanlarının dili ü ətraflı
Ədəbiyyatşünas, folklorçu, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Asif Abbas oğlu Hacıyev 3 aprel 1960-cı ildə Gürcüstan SSR-nin Borçalı mahalının Sarvan şəhərində anadan olub. O, 1977-ci ildə Bakı şəhər 246 saylı orta məktəbi, 1982-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hacıyev 1982-1986-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə taqım komandiri işləyib.1986-cı ildən M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda müəllim kimi fəaliyyətə başlayıb. Gənc alimlər şurasının, Tələbə elmi Cəmiyyətinin sədri olub. A.Hacıyev rus ədəbiyyatı tarixi kafedrasında müəllim, dosent işləyib. 1992-ci ildən Ədəbiyyat nəzəriyyəsi kafedrasında çalışmış, kafedranın professoru olmuşdur. Ədəbiyyatşünaslığa giriş, ədəbiyyat nəzəriyyəsi, rus ədəbi tənqidi tarixi, poetika, ədəbiyyatşünasliğın tarixi və metodologiyası fənlərindən mühazirələr və xüsusi seminarlar aparmışdır. 1987-ci ildə ətraflı
Əliyeva Nurlana Müzəffər qızı 1946-cı il avqustun 28-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1964-cü ildə Gəncə şəhər C.Cabbarlı adına 6 saylı orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 1969-cu ildə universiteti uğurla bitirərək filoloq, dilçi, Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə 1970-ci ildən başlayaraq Bakı şəhəri Nəsimi rayon pionerlər evində metodist, 1975–1979-cu illərdə 134 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi, 1979–1990-ci illərdə Bakı Maliyyə-Kredit Texnikumunda Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, həmçinin bu illər ərzində bir çox ictimai işlərə cəlb olunmuşdur. 1988-ci ildə «Azərbaycan bədii nəsrində müasir kənd (S.Əhmədov, Ə.Əylisli, İ.Məlikzadə, S.Azərinin yaradıcılıq materialları əsasında)» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1990-cı ildə Azərbayc ətraflı
Bakı Slavyan Universitetinin rektoru, s.e.ü.f.d. Anar Nağıyev Mail: rector@bsu-uni.edu.az ətraflı