Abdullayev Ağaməmməd Səməd oğlu

Görkəmli alim, Azərbaycan dili və onun tədrisi metodikası üzrə böyük nüfuz sahibi, pedaqoji elmlər doktoru, professor. 1966–1970-ci
illərdə M.F.Axundov adına Dillər İnstitutunun rektoru olmuşdur.1920–1930-cu illərdə müəllim işləmiş Abdullayev 1930-cu ildən ömrünün sonlarına kimi ali məktəblə bağlı olmuşdur. 60-cı illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun elmi işlər üzrə prorektoru, eyni zamanda İnstitutun Azərbaycan dilinin tədrisi metodikası kafedrasının müdiri işləmişdir. 1970-ci ildən 1976-cı ilə kimi həmin İnstitutunun Azərbaycan dilinin tədrisi metodikası kafedrasının müdiri işləmişdir.

Professor A.S.Abdulayev 150-dən çox elmi işin, o cümlədən «Azərbaycan dilinin tədrisi metodikası», «Azərbaycan dilinin tədrisi tarixindən» adlı fundamental monoqrafiyaların və orta məktəb üçün bir sıra dərsliklərin müəllifidir.

Onun əsərləri arasında «Ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisi», «Üslubiyyatın tədrisi metodikası», «Müəllimin nitq mədəniyyəti», «Nitq mədəniyyəti və natiqlik sənəti» kitabları da vardır. A.S.Abdullayev «Qafqazın müdafiəsi», «1941–1945ci illərdə «Böyük Vətən müharibəsində
göstərdiyi rəşadətə görə» medalları və Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.