Ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyi ali təhsil müəssisələrində yeni layihəsi üzrə “SABAH” mərkəzi yaratmışdır.
Burada “Xarici dil (rus dili) müəllimliyi” ixtisası üzrə tələbələrə yeni və müasir tədris metodikasına və texnologiyalara əsaslanan tədris təşkil olunub.
“SABAH” tələbələrə imkanlar yaradır:
Sürətli inkişaf edən iqtisadiyyatın tələblərinə uyğun yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi
Ali təhsil sahəsində dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq layihələri, elmi-tədqiqat, təcrübə və tələbə mübadilələrinin genişləndirilməsi
gənclər üçün yeni imkanların yaradılması, onların fərdi və peşəkar inkişafına dəstək
“SABAH” tələbələrə üstünlüklər verir:
Bütün tələbələr üçün əlavə təqaüd
Ödənişsiz yataqxana və 3 dəfə yemək
Xarici mübadilə proqramları
İntellektual və yaradıcılıq potensialının inkişafı.
Müasir müəssisə və şirkətlərdə tədris və istehsalat təcrübəsi
SABAH qrupları 2015-ci ilin avqust ayından fəaliyyətə başlamışdır. Hazırda SABAH qruplarında II və III kursda hər birində bir qrup olmaqla Xarici dili (rus dili) müəllimliyi ixtisası üzrə 32 nəfər tələbə tədris alır.
II kursda – 15 nəfər
III kursda – 17 nəfər
BSU-SABAHçıları SABAH mərkəzinin təşkil etdiyi tədbirlərdə fəal iştirak edirlər
BSU-SABAHçıları fəal "könüllü"dürlər
Tələbə SABAH forumu
SABAH mərkəzlərində keçirilən ustad dərslərdə
İnfo-turlar
Digər SABAH mərkəzlərində keçirilən tədbilərdə
Auditoriyada dərslər müasir texnlogiyaların istifadəsi ilə keçirilir:
Auditoriyadan kənar dərslər:
Milli bayramlarda öz yaradıcı fikirləri ilə seçilirlər:
Tələbələrimiz SABAH-DEBAT yarışmasının fəal iştirakçısıdırlar və bu, tələbələrə öz fikirlərini və nitqlərini qoyulmuş mövzu ətrafında formalaşdırmağa, ideyalarını müdafiə etməyə kömək edir. Bu il BSU-SABAH-ı 2 komanda ilə təmsil olunub. II kurslar ilk dəfə debatda iştirak etmələrinə baxmayaraq, ¼ finala qədər qələbə qazanıblar.
Hər il tədris ilinə hazırlıq məqsədilə müsahibədən yeni keçmiş müəllimlər Təhsil Nazirliyinin və SABAH qrupları İcra Kommitəsinin təşəbbüsü ilə ADA universitetində keçirilən təlimlərdə iştirak etdilər. Eyni zamanda müəllimlərin fərdi inkişafı üçün xarici ölkələrdə keçirilən treninqlərdə BSU-SABAHı təmsil edirlər.
Bu layihə ancaq tələbələri hərtərəfli inkişaf etdirmir, həm də ölkəmizin təhsilinin keyfiyyətinin yüksəldilməsinə əmək sərf edən müəllim və işçi kollektivinin kvalifikasiyasını artırır.