TEZ-TEZ VERİLƏN SUALLAR
Bakı Slavyan Universitetində tədris Azərbaycan və rus dillərində aparılır.
Azərbaycan və rus dillərini bilməyən, zəif bilən və bu dillərdə heç bir təhsil almayan əcnəbilər Bakı Slavyan Universitetinin Əcnəbilər üçün hazırlıq kurslarında təhsil ala bilərlər. Hazırlıq şöbəsinin məqsədi əcnəbi vətəndaşların humanitar yönümlü ali təhsil müəssisələrinə qəbulu üçün Azərbaycan və ya rus dilinin öyrədilməsidir. Tədris ilinin sonunda buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş dinləyicilərə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən şəhadətnamə verilir.
Əcnəbilər üçün hazırlıq şöbəsində dərslər tədris ili ərzində hər iş günü saat 6-8 akademik saat olmaqla keçirilir.
2022/2023-cü tədris ilində əcnəbilər üçün hazırlıq şöbəsində təhsil haqqı 1000 AZN təşkil edir.
Əcnəbilər üçün hazırlıq şöbəsinin dinləyiciləri Bakı Slavyan Universitetində təhsil alan yerli tələbələrlə eyni hüquq və imkanlara malikdirlər (kitabxanalardan və idman zalından istifadə, yataqxanada yerləşdirilmə, Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə vəsiqəsilə təmin olunma və s.).
Bəli, Azərbaycan Respublikasının vətəndaşı olmayan və Azərbaycanda daimi yaşamayan əcnəbilər Dövlət İmtahan Mərkəzinin imtahanlarında iştirak etmədən Bakı Slavyan Universitetinə qəbul oluna bilərlər. Bunun üçün lazımi sənədləri müəyyən olunmuş tarixlərədək BSU-nun Əcnəbi tələbələrlə iş üzrə dekanlığına təqdim etmək və müsabiqədən keçmək lazımdır.
İlk növbədə biz Sizə Bakı Slavyan Universitetinin rəsmi saytında “Tələbə qəbulu”-“Xarici tələbələr” bölməsində yerləşdirilmiş məlumatları diqqətlə oxumağı məsləhət görürük. Attestatın vaxtında Apostille təsdiq edilməsinə və Azərbaycan Respublikası Miqrasiya Xidməti tərəfindən verilən “Azərbaycan Respublikasının vətəndaşlığının müəyyənləşdirilməsi haqqında” arayışı əldə etməyinizə xüsusi diqqət yetirməyinizi xahiş edirik. Əgər hər hansı sual yaranarsa, BSU-nun Əcnəbi tələbələrlə iş üzrə dekanlığına müraciət edə bilərsiniz.
Xeyir, Azərbaycanda daimi yaşayan əcnəbilər Azərbaycan Respublikası vətəndaşları kimi, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarda iştirak etməlidirlər.