Bakı Slavyan Universitetinin Magistrantları Memorial Soyqırımı Muzeyində

    31 mart tarixində Bakı Slavyan Universitetinin Magistrantları üçün tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtilə mənfur qonşularımız və onların havadarları tərəfindən törədilən fəlakətlərin faktlarla diqqətə çatdırılması məqsədilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırımı Muzeyinə ekskursiyası təşkil olunub.

     Muzeylə tanışlıq zamanı bildirilib ki, Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğunun təhlükə qarşısında qaldığı bir dövrdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində erməni millətçilərinin azərbaycanlılara qarşı müntəzəm olaraq etnik təmizləməsinin və soyqırımının beynəlxalq aləmdə tanınması, Xocalı faciəsi və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş digər cinayətlər haqqında tarixi ədalətin bərpası, erməni qəsbkarlarının ədalət mühakiməsinə cəlb olunması və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz rolu olub.

     Eyni zamanda, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının da mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

     Yeniyetmə və gənclər muzeyin ekspozisiyası, burada nümayiş etdirilən tarixi sənədlər, foto və videomateriallar, xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və yerli müəlliflərin kitablarından ibarət zəngin fondla yaxından tanış olub, həmçinin “Əsrin faciəsi” adlı videoçarxa tamaşa ediblər. 

     

                                                                                                                                    BSU-nun Mətbuat xidməti