Kafedra 1946-cı ildə yaradılmış və müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. Rus dili və mədəniyyətlərarası kommunikasiya kafedrası 2016-cı ildə əvvələr mövcud olmuş rus dili və rus dili və onun tədrisi metodikası kafedralarının bazasında yaradılmışdır.
Kafedranın elmi istiqamətləri:
Dərslər bakalavr pilləsində və hazırlıq bölmələrində (əcnəbilər üçün) tədris olunur.
Kafedra üzrə bakalavr pilləsində tədris olunan fənlər: «İxtisas dilinin eşidib anlama və nitq vərdişləri», «İxtisas dilinin oxuyub anlama və yazı vərdişləri», «Baza dilinin eşidib anlama və nitq vərdişləri», «Baza dilinin oxuyub anlama və yazı vərdişləri», «Yazılı anlama və yazılı ifadə», «Şifahi anlama və şifahi ifadə», «Praktik rus dili I», «Akademik yazı və oxu», «II Xarici dil», «Linvoölkəşünaslıq», «Ölkəşünaslıq və mədəniyyətlərarası ünsiyyət», «Rus dilinin fonetikası», «Rus dilinin leksikologiyası», «Rus dilinin morfologiyası», «Rus dilinin sintaksisi», «İxtisas dilinin nəzəri kursu», «İxtisas ölkəsinin dilində ünsiyyətdə nitq mədəniyyəti», «Ölkəşünaslıq», «Nitqin inkişafı», «Nitqin elmi üslubu».