BSU-da “Gələcəyin məktəbi” layihəsi davam edir

           

           

                     Artıq bir neçə gündür Bakı Slavyan Universitetinin (BSU) Pedaqoji fakültəsinin “Təhsildə sosial-psixoloji xidmət”  ixtisasının  IV tədris ili tələbələri BSU-nun nəzdində Məktəb-Lisey Kompleksində (MLK)  Startap layihəsi çərçivəsində  fəaliyyətə başlayıblar.

                     IV tədris ili tələbələri Həmidə Ağabalayeva, İsmət Quliyev, Nərminə Babayeva, Asif Həsənov MLK-nın VII sinif şagirdləri arasında psixoloji-metodiki işlər aparıblar. “Bizim filmin təqdimatı”, “Həyat sürprizlərinə hazırsınızmı?”,“Mövcud olmayan heyvan”, ”Üç ağac” adlı metodikalar şagirdlər tərəfindən maraqla qarşılanıb. Şagirdlərin əksəriyyəti özünü işdə təsdiq etmək, yeni bilik və bacarıqlarını göstərmək üçün böyük həvəslə çalışıblar.

Mətbuat xidməti