Milli Məclisdə BSU fəalları ilə görüş keçirilib

            

     Fevralın 2-də  Bakı Slavyan Universiteti üzrə YAP Gənclər Birliyinin (GB) sosial şəbəkələrdə fəallığı ilə seçilən bir qrup üzvü Milli Məclisdə  "Gənclər gününə" həsr olunmuş dəyirmi masada iştirak edib.

      Millət vəkili Məlahət İbrahimqızı və  YAP-ın Bakı Slavyan Universiteti üzrə sədri Sevinc Axundovanın təşəbbüsü keçirilən görüşdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib, Ulu  Öndərin Milli Məclisin foyesində yerləşən  büstü önünə əklil qoyulub.

    Görüş çərçivəsində gənc fəallar Milli Məclisdə yerləşən Heydər Əliyev xatirə zalı ilə tanış olublar.

    Sonra komitə iclasları keçirilən zalda millət vəkilləri Məlahət İbrahimqizi, Sevinc Hüseynova, Pərvin Kərimzadə və Sosial Qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova YAP GB-nin fəalları ilə görüşüblər.

       Dəyirmi masada  dövlət  başçısı İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasəti, ölkəmizdə gənclərin inkişafı üçün nəzərdə tutulmuş işlər və layihələr barədə söhbət açılıb. Millət vəkilləri gənclərə bir sıra tövsiyələr verib, onları  2 fevral Gənclər Günü münasibətilə təbrik ediblər.

     Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

BSU-nun Mətbuat Xidməti