BSU-nun Magistrantlar Şurası Ulu Öndərin anım günü ilə bağlı tədbir keçirib

        

      Dekabrın 12-də Bakı Slavyan Universitetində Magistrantlar Şurasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib. Tədbirdə prorektorlar, BSU-nun professor-müəllim heyəti, magistrantlar və tələbələr iştirak ediblər.

       Anım mərasimi Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan BSU üzrə YAP sədri Sevinc Axundova Ulu Öndər Heydər Əliyevin həyat yolundan söz açıb, Azərbaycan dövləti və dövlətçiliyinin möhkəmləndirilməsində, o cümlədən diplomatiyamızın inkişafındakı xidmətlərindən danışıb. Sonra Ulu Öndərin həyatına və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

      Nümayişin ardından magistrantların məruzələri dinlənilib. Magistrantlardan Güllü Hacıyeva “Böyük siyasət korifeyi Heydər Əliyevin genişmiqyaslı daxili ve xarici siyasəti”, Natiq Nəsirov “Heydər Əliyevin gənclik siyasəti”, Umxanım Museyibova “Heydər Əliyevin Azərbaycan dilinin inkişafı sahəsindəki xidmətləri”, Zərifə Yusifbəyli “Ulu Öndərin məktəbə və müəllimə göstərdiyi diqqət və qayğı”, Seyidnisə Mənəfova “Ümummilli Liderin ədəbiyyata və ədəbiyyatçılara verdiyi dəyər”, Röya Hüseynova “Heydər Əliyevin mətbuata verdiyi töhfələr, jurnalistlərlə olan səmimi görüşləri” barədə məruzələrlə çıxış ediblər.

 

BSU-nun mətbuat xidməti