BSU-da Azərbaycan dili ilə bağlı açıq dərs keçirilib

   

     Noyabrın 1-də BSU-da «Auditoriya+» layihəsi çərçivəsində İbtidai təhsil kafedrasının açıq dərsi keçirilib. Dərsdə BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, pedaqoji fakültənin dekanı, professor Flora Naciyeva, dekan müavini Nailə Xəndan, İbtidai təhsil kafedrasının müdiri Aytəkin Axundova və tələbələr iştirak ediblər.

     Əvvəlcə İbtidai təhsil kafedrasının müəllimi Şükufə Atakişiyeva dərsin mahiyyəti barədə auditoriyaya məlumat verib.

     Açıq dərsə dəvət olunmuş Qərb Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Adilə Əsədova "Azərbaycan dili və nitq mədəniyyəti" mövzusunda tələbələrlə fikirlərini bölüşüb, onlara mövzu ilə bağlı tövsiyələrini verib.

     Adilə Əsədova nitqimizdə mövcud olan bəzi qüsurlar barədə söz açaraq, dilimizdə tez-tez istifadə etdiyimiz yalnış ifadələrin aradan qaldırılması, eləcə də dilimizin zənginliyini qorumağın vacib olduğunu diqqətə çatdırıb.

      Qeyd edək ki, Azərbaycan dilinin bugünkü vəziyyəti və mövcud olan problemlərin aradan qaldırılması yolunda təbliğat təkcə orta məktəb və universitetlərdə deyil, eyni zamanda, dövlət səviyyəsində aparılır.