Kitabxana

     1946-cı ildən fəaliyyətə başlamış kitabxana 530 000 nüsxədən ibarət kitab fonduna malikdir, kitabxananın 4 şöbəsi var:

– komplektləşdirmə və kitabların elmi-texniki işlənməsi şöbəsi;
– məlumat-biblioqrafiya şöbəsi;
– tədris ədəbiyyatı şöbəsi;
– elmi-bədii ədəbiyyat şöbəsi.

     Kitabxananın üç qiraət zalı və jurnal fondu var. Qiraət zalları kompüterlərlə təchiz olunmuş və internet şəbəkəsinə qoşulmuşdur. Bundan əlavə, kitabxanada “Yunan ədəbiyyatı zalı” fəaliyyət göstərir.

     Kitabxana universitetin professor-müəllim heyətinə, aspirant və dissertantlara, magistrantlara, tələbələrə və digər oxucu qruplarına xidmət edir. Fondda əsasən humanitar elmlərə dair kitablar toplanmışdır. Son illərdə universitetin profilinin işlənməsilə əlaqədar olaraq yeni ədəbiyyatın alınmasına xüsusi diqqət yetirilir.

     Kitabxanada əlamətdar və tarixi günlərlə əlaqədar tədbirlər və sərgilər keçirilir.

     Kitabxana universitet əməkdaşlarının 2000-2005 -ci illərdə nəşr olunmuş əsərlərinin biblioqrafik göstəricisini tərtib etmişdir. 2004-cü ildən BSU-nun kitabxanası “Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu”nun üzvüdür və xarici jurnallardan internet vasitəsilə istifadə etmək hüququna malikdir.

Onlayn resurslar

Virtual dövri mətbuat