İBTİDAİ TƏHSİL KAFEDRASI

     Bakı Slavyan Universitetinin İbtidai təhsil kafedrası 30 may 2003-cü ildən fəaliyyət göstərir.
     Kafedrada bakalavr və magistratura pilələrində aşağıdakı fənlər tədris edilir: «Pedaqogika, İbtidai təhsilin pedaqogikası», «Ana dili-I (fonetika)», «Ana dili –II (leksika)», «Ana dili –III (morfologiya)», «Ana dili –IV (sintaksis)», «Nitq mədəniyyətinin əsasları», «Ana dilinin tədrisi metodikası», «Musiqi və onun tədrisi metodikası», «Həyat bilgisi və onun tədrisi metodikası», «Ekoloji tərbiyə», «Təlimin nəticələrinin qiymətləndirilməsinin forma və vasitələri», «Təsviri sənət və onun tədrisi metodikası», «Fiziki tərbiyə və onun tədrisi metodikası», «Texnologiya və onun tədrisi metodikası», «Loqopediya», «Üslubiyyat», «Ekoloji tərbiyə», «Müəllimin peşə etikası», «Ana dilinin tədrisi tarixi», «Ana dilinin tədqiqi və tətbiqi məsələləri», «Müqayisəli pedaqogika», «İbtidai siniflərdə ana dili metodikasının nəzəri əsasları».
     Tələbələr kafedrada fəaliyyət göstərən elmi-metodiki dərnəklərin işlərinə cəlb olunurlar. Kafedra tərəfindən keçirilən sərgilərin təşkilində fəal iştirak edirlər.
     Kafedrada 2 dərnək fəaliyyət göstərir: «Pedaqoji dərnək» və «Təbiət elmləri».