RUS DİLİ VƏ MƏDƏNİYYƏTLƏRARASI KOMMUNİKASİYA KAFEDRASI

     Kafedra 1946-cı ildə yaradılmış və müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. Rus dili və mədəniyyətlərarası kommunikasiya kafedrası 2016-cı ildə əvvələr mövcud olmuş rus dili və rus dili və onun tədrisi metodikası kafedralarının bazasında yaradılmışdır.

     Kafedranın elmi istiqamətləri:

  • Ali məktəblərdə rus dilinin xarici dil kimi tədrisi metodikası;
  • Linqvoölkəşünaslıq;
  • Nitqin təkmilləşdirilməsi;
  • Ali məktəb tələbələri üçün dərslik və dərs vəasitlərinin tərtib edilməsi;
  • Tərcümə, Beynəlxalq əlaqələr və regionşünaslıq fakültələrində rus dilində tədrisin elmi əsaslarının hazırlanması;
  • Təhsil prosesinin metodik və didaktik təmin edilməsi;

Dərslər bakalavr pilləsində və  hazırlıq bölmələrində (əcnəbilər üçün) tədris olunur.

     Kafedra üzrə bakalavr pilləsində tədris olunan fənlər: «İxtisas dilinin eşidib anlama və nitq vərdişləri», «İxtisas dilinin oxuyub anlama və yazı vərdişləri», «Baza dilinin eşidib anlama və nitq vərdişləri», «Baza dilinin oxuyub anlama və yazı vərdişləri», «Yazılı anlama və yazılı ifadə», «Şifahi anlama və şifahi ifadə», «Praktik rus dili I», «Akademik yazı və oxu», «II Xarici dil», «Linvoölkəşünaslıq», «Ölkəşünaslıq və mədəniyyətlərarası ünsiyyət», «Rus dilinin fonetikası», «Rus dilinin leksikologiyası», «Rus dilinin morfologiyası», «Rus dilinin sintaksisi», «İxtisas dilinin nəzəri kursu», «İxtisas ölkəsinin dilində ünsiyyətdə nitq mədəniyyəti», «Ölkəşünaslıq», «Nitqin inkişafı», «Nitqin elmi üslubu».