BSU tələbələri Hüseyn Cavidin ev muzeyində olublar

  

     Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi və pedaqoji fakültənin tələbələri 18 may Beynəlxalq Muzeylər Günü ilə əlaqədar  görkəmli dramaturq Hüseyn Cavidin Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan ev muzeyində ekskursiyada olublar.

     Ekskursiyada tələbələrlə bərabər dekan müavinləri Zoya Cəbrayılova və Lalə Mikayılzadə də iştirak ediblər.

     Tələbələr ev muzeyində dahi dramaturqa məxsus şəxsi əşyalar, şəkillər və digər eksponatlarla tanış olublar.

  Qeyd edək ki, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 8-də yerləşən muzey Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1920 -1937-ci illərdə yaşadığı evdə yaradılıb.

BSU-nun mətbuat xidməti