BSU-da sayt redaktoru ilə gələcək jurnalistlərin görüşü olub

 

 

      Noyabrın 17-də Gənc Jurnalistlər Klubunun təşkilatçılığı ilə Bakı Slavyan Universiteti Azərbaycan Filologiyası və jurnalistika fakültəsində minval.az saytının baş redaktoru Emil Mustafazadənin tələbələrlə görüşü olub.

     Görüşdə rektorun müşaviri Murat Abitov, tədris işləri üzrə dekan müavini Zahra Qulamova, tərbiyə işləri üzrə dekan müavini Quba Mecidova, Jurnalistika kafedrasının müdiri Şəlalə Həsənova və Gənc Jurnalistlər Klubunun sədri Mətin İsmayılov iştirak ediblər.

      Görüşdə əsasən, Azərbaycan mediasının bugünkü durumu müzakirə olunub. Yeni media ilə bağlı təcrübəsini bölüşən sayt redaktoru onlayn medianın cəmiyyətdə rolu və insanların həyatına təsiri ilə bağlı fikirləri tələbələr tərəfindən maraqla qarşılanıb.

   E.Musatafazadə Yeni medianın üstünlükləri, ölkəmizdə tətbiqi və bu sahədə olan bəzi boşluqların aradan qaldırılması üçün daim müzakirələrin aparılması, eləcə də internet mediada gəlir əldə etməyin yolları barədə gələcək jurnalistlərə geniş məlumat verib. Sayt redaktoru eyni zamanda, tələbələrin media ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

     Sonda kafedra müdiri Şəlalə Həsənova qonağa öz təşəkkürünü bildirib və belə görüşlərin tələbələr üçün faydalı olduğunu deyib.