AVROPA DİLLƏRİ KAFEDRASI

     Avropa dilləri kafedrası 2004-cü ildən fəaliyyət göstərir. Kafedranın əsas məqsədi Tərcümə fakültəsində ixtisaslaşma dili (ingilis dili) və II xarici dil (Alman) üzrə praktik tərcümə kurslarının tədris edilməsidir. Kafedra gələcəyin peşəkar tərcüməçi mütəxəssislərini hazırlayır.
     Kafedra bakalavr və magistratura pillələrində tədris olunan fənlər: «İxtisas (İngilis) dilinin eşidib anlama və nitq vərdişləri», «İxtisas (İngilis) dilinin oxuyub anlama və yazı vərdişləri», «Yazılı anlama və yazılı ifadə (İngilis)», «Şifahi anlama və şifahi ifadə (İngilis)», «Xarici dildə ünsiyyət və nitq mədəniyyəti (İngilis)», «Yazılı tərcümə (İngilis)», «İxtisas (İngilis) dilinin nəzəri kursu», «I İxtisas (İngilis) dilinin tərcümədən praktikum (bədii və ictimai-siyasi)», «I İxtisas (İngilis) dilinin tərcümə məharəti (bədii və ictimai-siyasi)», «Ölkəşünaslıq və mədəniyyətlərarası ünsiyyət», «Yazılı mətnin şifahi tərcüməsi», «II Xarici dil (praktik İngilis dili)», «II Xarici dil (praktik Alman dili)», «Şifahi tərcümə», «Ardıcıl tərcümə və qeydgötürmə texnikası», «Mətn və tərcümə», «Polisemiya və tərcümə», «Linqvistik və analiz tərcümə».