PEDAQOGİKA VƏ PSİXOLOGİYA KAFEDRASI

Pedaqogika və psixologiya kafedrası 1946-cı ildən fəaliyyət göstərir.

   Kafedranın elmi istiqamətləri:

- Təlim-tərbiyənin nəzəriyyəsi və praktikası;

- Təhsil və pedaqoji fikrin tarixi;

- Pedaqogikanın müasir problemləri;

- Yaradıcılıq pixologiyası; 

- Psixologiyanın müasir problemləri.

Kafedrada bakalavriat və magistratura pillələrində  aşağıdakı fənlər tədris olunur. Pedaqogika bölməsi üzrə: “Pedaqogika”, “Pedaqogika tarixi”, “Ümumi pedaqogika”, “Ali məktəb pedaqogikası”, “Pedaqoji fikir tarixi” , “Sosial pedaqogika”, “Pedaqogikanın müasir problemləri” “Təhsilin idarə edilməsinin əsasları”, “Pedaqoji ustalığın əsasları” və s.

Psixologiya bölməsi üzrə: “Ümumi psixoloqiya”, “Təlim psixologiyası”, “Etnopsixologiya”, “Yaş və pedaqoji psixologiya”, “Sosial psixologiya”, “Klinik psixologiya”, “Ümümi psixologiya”, “Psixopedaqogika”, “Ailə psixologiyası” və s.

2015-ci ildən kafedranın nəzdində “Sosial Psixoloji Xidmət mərkəzi” və “Psixoloqlar klubu” fəaliyyət göstərir.

 

Elektron resurslar

Əmrulla Paşayev və Fərrux Rüstəmov - Pedaqogika

Ağahüseyn Həsənov və Əjdər Ağayev - Pedaqogika

Firədun İbrahimov və Rüfət Hüseynzadə - Pedaqogika_I_cild

Firədun İbrahimov və Rüfət Hüseynzadə - Pedaqogika_II_cild

Gülarə Babayeva - İbtidai təhsilin nəzəri-metodik əsasları

Nurəddin Kazımov - Ali məktəb pedaqogikası

Pedaqogika II cild 

Rüfət Hüseynzadə-Pedaqogika fənni üzrə proqram

Zərifə Əliyeva - Pedaqogika

Didaktika