BSU-da “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində BSU-nun Tədbirlər Planına uyğun olaraq fakültələr arasında keçirilən esse müsabiqəsi qalibləri mükafatlandırılıb

Mayın 1-də Bakı Slavyan Universitetində (BSU) Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində BSU-nun Tədbirlər Planına uyğun olaraq fakültələr arasında keçirilən esse müsabiqəsi qalibləri mükafatlandırılıb.
Tədbiri giriş sözü ilə açan BSU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsini müvəqqəti icra edən, Türkologiya kafedrasının müdiri Gülnarə Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixində 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncamından irəli gələn ali təhsil müəssisələri qarşısında qoyulan mühüm vəzifələrə uyğun olaraq Bakı Slavyan Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində geniş tədbirlər planı hazırlanması ilə bağlı qərar qəbul edildiyini bildirib. O, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya naminə BSU könüllüləri” qrupu yaradıldığını bildirib. “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində BSU-nun Tədbirlər Planına uyğun olaraq universitetdə bir sıra tədbirlərin -tələbələr üçün maarifləndirici görüşlərin, ağacəkmə aksiyası, dəyirmi masalar, elmi seminarlar, sərgilərin keçirildiyini xatırladaraq tələbələri növbəti tədbirlərdə də fəal iştirak etməyə çağırıb.
Müsabiqədə münsif qismində iştirak edən Xarici dil müəllimliyi fakültəsinin müəllimi Kəmalə Umudova, Sosial elmlər fakültəsinin müəllimi Südabə Ağabalayeva esse müsabiqəsi ilə bağlı öz fikirlərini bölüşüblər. Pedaqoqlar belə istedadlı tələbələrə daim dəstək olacaqlarını bildiriblər.
Sonra “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində BSU-nun Tədbirlər Planına uyğun olaraq fakültələr arasında keçirilən esse müsabiqəsi qalibləri – I yerin qalibi, Sosial elmlər fakültəsinin İlahə Mirzəyeva, II yerin qalibi, Xarici dil müəllimliyi fakültəsinin tələbəsi Nəzrin Əkbərova, III yerin qalibi, Filologiya fakültəsinin tələbəsi Elvira Şahbazova, həmçinin əcnəbi tələbələr arasında esse müsabiqəsinin qalibi Juliette Marie sertifikatla təltif edilib.