BSU-da teleaparıcı Saleh Bağırovla jurnalistika ixtisasının tələbələri üçün " Teleaparıcılığın sirləri" adlı görüş keçirilib

Aprelin 25-də Bakı Slavyan Universitetində (BSU) tanınmış teleaparıcı Saleh Bağırovla Sosial elmlər fakültəsinin jurnalistika ixtisasının tələbələri üçün "Teleaparıcılığın sirləri" adlı görüş keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə belə görüşlərin tələbələr üçün əhəmiyyətindən söz açıb.

Görüşdə teleaparıcı Saleh Bağırov tələbələrlə öz təcrübələrini bölüşüb. Son zamanlar dilimizdə olan nitq problemləri, aparıcılıq sənəti ilə bağlı ətraflı məlumat verib.

Tələbələrlə müzakirə formatında baş tutan görüşdə teleaparıcı onları maraqlandıran sualları cavablandırıb.