BSU-da "İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktiki konfrans və Ümumdünya Autizm Maarifləndirmə aylığı çərçivəsində "Universal öyrənmə dizaynı"mövzusunda seminar təşkil olunub

Aprelin 24-də Bakı Slavyan Universitetində (BSU) İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktiki konfrans və Ümumdünya Autizm Maarifləndirmə aylığı çərçivəsində Qüsursuz Nitq Psixologiya Mərkəzinin İnklüziv təhsil üzrə mütəxəssisi Humay Nəzərlinin "Universal öyrənmə dizaynı" mövzusunda seminarı təşkil olunub.

Seminarda Humay Nəzərli “Universal Öyrənmə Dizaynı”nın mahiyyəti onun prinsipləri üstünlükləri barəsində ətraflı məlumat verib. “Universal Öyrənmə Dizaynı” ilə bağlı nəzəri və praktik nümunələri tələbələrin diqqətinə çatdırıb.

Sonda tələbələrin mövzu üzrə sualları cavablandırılıb.