BSU-da “ Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində BSU-nun Tədbirlər Planına uyğun olaraq “Təbiət konsepsiyasının ədəbiyyatda inikası” adlı dəyirmi masa təşkil olunub

Aprelin 24-də Bakı Slavyan Universitetində (BSU) Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində BSU-nun Tədbirlər Planına uyğun olaraq “Təbiət konsepsiyasının ədəbiyyatda inikası” adlı dəyirmi masa təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Naidə Məmmədxanova Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Naidə Məmmədxanova COP29 konfransının keçirilməsini ölkənin “yaşıl iqtisadiyyata” keçid strategiyasının məntiqi davamı olduğunu vurğulayıb. O, bu missiyaya uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini bildirərək bu əlamətdar hadisə çərçivəsində universitetdə il ərzində bir sıra tədbirlər keçiriləcəyini bildirib. Naidə Məmmədxanova bu günkü tədbirin məhz “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində BSU-nun Tədbirlər Planına uyğun olaraq həyata keçirildiyini qeyd edib.


Sonra BSU-nun Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasıının professoru Bella Musayeva “Təbiətə münasibət insan mənəviyyatının ölçüsü kimi”(Mir Cəlal Paşayev və Çingiz Aytmatovun əsərləri əsasında), kafedranın dosenti Xalidə Abbasova “Dünya ədəbiyyatında İnsan və Təbiət mövzusunun təkamülü”, baş müəllim Sevinc Əliyeva “Müasir ədəbiyyatda təbiət araşdırmaları problemi: ekoədəbiyyatın öyrənilməsi aspektləri”, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Afər Əlizadə “Dünya nəsrində ekosistem” (insanın təbiətə düşüncəsiz davranışına dair) adlı məruzələrlə çıxış ediblər. Məruzələrdə yaşıl dünyanın insanın və bəşəriyyətin fiziki və mənəvi varlığı üçün əhəmiyyəti qeyd olunub. Təbiətin qorunması uğrunda gedən mübarizədə bədii ədəbiyyat imkanlarından, dünya nəsrində ekosistemin bədii çalarlarla təzahürü, antik dövr əsərlərində təbiətə münasibət, müasir dövrdə bədii ədəbiyyatda xüsusi bir bölmənin- ekoədəbiyyatın və ümumilikdə, ədəbiyyatşünaslığda yeni janr və sahələrin yaranmasından bəhs olunub.

Dəyirmi masa məruzələr ətrafında müzakirələrlə davam edib.