BSU- da "İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktiki konfrans və Ümumdünya Autizm Maarifləndirmə aylığı çərçivəsində "Loqopediyada müasir metodlar " mövzusunda seminar təşkil olunub

Aprelin 23-də Bakı Slavyan Universitetində (BSU) "İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktiki konfrans və Ümumdünya Autizm Maarifləndirmə aylığı çərçivəsində Qüsursuz Nitq Psixologiya Mərkəzinin rəhbəri və təsisçisi, defektoloq, loqoped Esmira Qafarovanın "Loqopediyada müasir metodlar " mövzusunda seminarı təşkil olunub.

Seminarda çıxış edən Esmira Qafarova ilk olaraq loqopedin vəzifələri barəsində məlumat verib. Təlimçi diaqnostik qiymətləndirmə zamanı ailələrlə işin düzgün təşkilindən, pasientlərə fərdi yanaşmanın vacibliyindən danışıb. Təlim zamanı ilkin diaqnozun qoyulması, korreksiya prosesi nümunələrlə əyani şəkildə göstərilib. Təlim interaktiv şəkildə davam edib.