BSU-nun bir qrup müəllimi Moskva Dövlət Linqvisitik Universiteti nin dövlət nümunəli ixtisasartırma sertifikatları ilə təltif olunub

Bakı Slavyan Universitetinin (BSU) bir qrup müəllimi Moskva Dövlət Linqvisitik Universiteti tərəfindən "Zoom platforması" üzərindən onlayn şəkildə keçirilən “Xarici dilin tədrisi:ənənəvi və innovativ metodların uzlaşması” Rus dili-xarici dil kimi (master-klass) mövzusu üzrə ixtisasartırma kurslarında iştirak edərək dövlət nümunəli ixtisasartırma sertifikatları ilə təltif olunub.

Qeyd edək ki, ixtisasartırma kursları Bakı Slavyan Universiteti ilə Moskva Dövlət Linqvisitik Universiteti arasında bağlanan müqavilə çərçivəsində həyata keçirilib.