BSU-da “ Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində BSU-nun Tədbirlər Planına uyğun olaraq "Ətraf mühitin qorunması, dayanıqlı inkişaf və iqlim dəyişikliyi" mövzusunda təlim keçirilib

Aprelin 22-də Bakı Slavyan Universitetinində (BSU) “ Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində BSU-nun Tədbirlər Planına uyğun olaraq "Ətraf mühitin qorunması, dayanıqlı inkişaf və iqlim dəyişikliyi" mövzusunda təlim keçirilib.

Təlimdə çıxış edən Ətraf mühit üzrə mütəxəssis, ekoloq  Tural Məhərrəmov iqlim dəyişikliyinin mahiyyəti barədə məlumat verərək bu prosesin mürəkkəb olduğunu bildirib. O, həmçinin iqlim dəyişikliyinə səbəb olan sahələr, qlobal istiləşmə, eyni zamanda dayanıqlı inkişafın məqsədlərindən söz açıb.

Sonda təlimçi tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılıb.