BSU-da "İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktiki konfrans və Ümumdünya Autizm Maarifləndirmə aylığı çərçivəsində Birgə və Sağlam İctimai Birliyinin təşkil etdiyi “ Autizmə dəstək” layihəsinin sonuncu təlimi baş tutub

Aprelin 18-də "İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktiki konfrans və Ümumdünya Autizm Maarifləndirmə aylığı çərçivəsində Bakı Slavyan Universiteti (BSU) və Birgə və Sağlam İctimai Birliyi arasında imzalanmış memoranduma əsasən "Autizmə dəstək” layihəsinin sonuncu təlimi baş tutub.

Təlim universitetin məktəbəqədər təhsil, təhsildə sosial-psixoloji xidmət və ibtidai təhsil ixtisasları üzrə təhsil alan tələbələrin iştirakı ilə həyata keçirilib.

Birliyin əməkdaşı Gülşən Tağıyeva “Oyun nədir” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda uşaq inkişafında oyunun rolu, oyunla bağlı sinifləndirmələr və nəzəriyyələr haqqında ətraflı məlumat verilib.

Sonda tələbələr onlayn sertifikatlarla təltif olunublar.