BSU -da "İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktiki konfrans və Ümumdünya Autizm Maarifləndirmə aylığı çərçivəsində Qdansk Universitetinin Sosial Elmlər fakültəsinin Beynəlxalq proqramlar dekanın "İncəsənət əsaslı inklüziv dil" mövzusunda seminarı təşkil olunub

Aprelin 17-də Bakı Slavyan Universitetində "İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktiki konfrans və Ümumdünya Autizm Maarifləndirmə aylığı çərçivəsində Qdansk Universitetinin Sosial Elmlər fakültəsinin Beynəlxalq proqramlar dekanı, professor Adam Jagiellonun "İncəsənət əsaslı inklüziv dil" mövzusunda seminarı təşkil olunub.

Seminarda BSU-nun tələbə və müəllimləri iştirak ediblər. İnteraktiv şəkildə keçən seminarda Adam Jagiello tədbir iştirakçılarına inklüzivliklə bağlı müəllifi olduğu təlim texnikalarını təqdim edib. İnklüziv dərsin planlaşdırılması və tətbiqi, təcrübədə inklüziv təhsil haqqında məlumat verib.