BSU-da “İnklüziv təhsildən inklüziv cəmiyyətə” mövzusunda beynəlxalq elmi-praktiki konfransın bağlanış mərasimi olub

Aprelin 16-da Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” mövzusunda beynəlxalq elmi-praktiki konfransın bağlanış mərasimi keçirilib.

Tədbirdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev çox vacib bir müzakirə platformasının baş tutduğunu bildirib. Rektor konfransda BSU əməkdaşları ilə yanaşı, respublikanın müxtəlif ali təhsil ocaqları və elmi- tədqiqat müəssisələrinin nümayəndələrinin, eləcə də xarici elm və təhsil müəssisələrindən qonaqların da aktiv şəkildə iştirak etdiyini diqqətə çatdırıb. A. Nağıyev konfrans çərçivəsində 19 aprel tarixində Qazax şəhərində regional bölmənin keçiriləcəyini nəzərə çatdırıb.

Sonra konfransın bölmə rəhbərlərinin hesabatları dinlənilib.

Yekun iclasda Pedaqogika və psixologiya kafedrasının müdiri, professor Piralı Əliyev konfransın nəticələri haqda hesabatla çıxış edib. O, bölmələrdə müzakirələrin aktiv və səmərli keçdiyini bildirib.