BSU-da keçirilən beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Aprelin 16-da Bakı Slavyan Universitetində (BSU) keçirilən "İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfransın iştirakçıları, o cümlədən xarici qonaqlar Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anmaq üçün Fəxri xiyabanı ziyarət ediblər.

Konfrans iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar. 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.