BSU-da "İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans və Beynəlxalq Autizm Maarifləndirmə aylığı çərçivəsində “Müxtəlif imkanlar-bərabər hüquqlar” adlı sərgi-satış yarmarkası keçirilib

Aprelin 15-də Bakı Slavyan Universitetində (BSU) "İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans və Beynəlxalq Autizm Maarifləndirmə aylığı çərçivəsində İctimai birliklərin sağlamlıq imkanları məhdud uşaqların əl işləri və rəsm əsərlərindən ibarət “Müxtəlif imkanlar-bərabər hüquqlar” adlı sərgi-satış yarmarkası keçirilib. Sərgi Bakı Slavyan Universiteti “House of Dreams” cəmiyyətə inteqrasiya mərkəzi, “Birgə və Sağlam” İctimai Birliyi, “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.