Kazan Federal Universitetinin əməkdaşları BSU-da olublar

Martın 1-də Kazan Federal Universitetinin əməkdaşları Bakı Slavyan Universitetində (BSU) olublar.

Görüş çərçivəsində universitetin bir qrup tələbəsinə Kazan Federal Universitetində təşkil oluncaq yay məktəbləri haqqında ətraflı məlumat verilib.

Qonaqlar daha sonra BSU-nun rəhbərliyi ilə görüşərək ikitərəfli əmakdaşlıq sahələrini, ikili diplom layihələrini müzakirə ediblər.