BSU-nun Məktəb-Lisey Kompleksində "İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans və Beynəlxalq Autizm Maarifləndirmə aylığı çərçivəsində "Hər kəs üçün əlçatan bir dünya " adlı sərgi təşkil edilib

Aprelin 6-da Bakı Slavyan Universitetinin (BSU) Təhsil fakültəsinin və BSU-nun Məktəb-Lisey Kompleksinin (MLK) birgə təşkilatçılığı ilə MLK-da inklüziv təhsillə bağlı " Hər kəs üçün əlçatan bir dünya " adlı sərgi keçirilib. Qeyd edək ki, BSU-da keçiriləcək "İnklüziv təhsildən inklüziv cəmiyyətə " II Beynəlxalq elmi-praktik konfrans və "Beynəlxalq Autizm Maarifləndirmə aylığı " çərçivəsində gerçəkləşən sərgidə MLK-nın şagirdlərinin rəsm işləri nümayiş etdirilib.

Tədbir məktəbin şagirdlərinin təqdimatında Azərbaycan və rus dillərində konsert proqramı ilə davam edib. Tədbirdə həmçinin Autizm sindromu, onun əlamətləri və səbəbləri barədə məlumat verilib.

Tədbirdə BSU MLK-nın direktoru İlahə Carçıyeva, BSU-nun rektor müşaviri Xanım Sultanova, Təhsil fakültəsinin dekanı Sevinc Axundova çıxış ediblər. Çıxışlarda rəsm sərgisinə böyük həvəslə qoşulan şagirdlərin gözəl rəsm işləri təqdim etdikləri qeyd olunub. Sərginin keçirilməsinə verdiyi dəstəyə görə BSU-nun rəhbərliyinə minnətdarlıq ifadə edilib.

Tədbirin sonunda rəsm işləri sərgidə nümayiş olunan bütün şagirdlərə göstərdikləri fəallığa görə təşəkkürnamə təqdim edilib.