BSU-nun Elmi Şurasının növbəti iclası keçirilib

Aprelin 6-da Bakı Slavyan Universitetinin (BSU) Elmi Şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev Qərbi Avropa Dilləri fakültəsinin dekanı Nigar Babayeva və Xarici dil müəllimliyi fakültəsinin dekanı Şərqiyyə Həsənovanı müvafiq fakültələrə dekan seçilmələri münasibəti ilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra rektor Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

Elmi Şuranın gündəliyinə uyğun olaraq BSU-nun Tədris işləri üzrə prorektoru Ənvər Abbasov “Ali təhsil müəssisələrinin bakalavriat (əsas baza ali) tibb təhsilindəki magistratura səviyyəsində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisələrindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırılması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”ndan irəli gələn vəzifələr haqqında”, Təhsil fakültəsinin dekanı Sevinc Axundova “Təhsil fakültəsinin özünütəhlil hesabatı”, “Akkreditasiya ilə bağlı Təhsil fakültəsinin nəzdində fəaliyyət göstərən kafedralarda sənədləşmə işinin təşkili vəziyyəti”, həmçinin BSU Məktəb Lisey Kompleksinin direktoru İlahə Carçıyeva ilə birgə "BSU-nun Təhsil fakültəsi və BSU MLK birgə Fəaliyyət planı”nın müzakirəsi və təsdiqi, BSU-nun Yüksək təhsil mərkəzinin direktoru Ülviyyə Məmmədova “2024-cü il universitetdə keçiriləcək elmi, elmi-praktik konfransların təşkili və keçirilməsi haqqında” mövzularla çıxış ediblər. Təqdim olunan çıxışlarla bağlı Şura üzvləri tərəfindən fikir mübadiləsi aparılıb.

 

Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.