BSU -nun doktorantları üçün "İmpakt faktorlu elmi jurnalların seçilməsi və məqalələrin dərc olunmaq üçün təqdim edilməsi yolları" mövzusunda elmi seminar keçirilib

Aprelin 3-də Bakı Slavyan Universitetinin (BSU) doktorantları üçün ""İmpakt faktorlu elmi jurnalların seçilməsi və məqalələrin dərc olunmaq üçün təqdim edilməsi yolları" mövzusunda seminar keçirilib.

Seminarda çıxış edən Beynəlxalq əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Leyla Yadigarova tədqiqatın mərhələləri, onun əsas məqsədi, "Web of Science” və “Scopus” kimi data bazalarından istifadə qaydaları, "Yırtıcı jurnallar" barəsində ətraflı məlumat verib.

Sonda doktorantları maraqlandıran suallar cavablandırılıb.