BSU-nun əməkdaşları Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində səfərdə olublar

Aprelin 4-də Bakı Slavyan Universitetinin (BSU) Filologiya fakültəsinin dekanı Sevinc Abuşova və Azərbaycan ədəbiyyatı kafedrasının professoru Leyla İmaməliyeva Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində (BDPU) səfərdə olublar.

Səfər çərçivəsində Universitetin birinci prorektoru, dosent Svetlana Kopteva, tədris işləri üzrə prorektoru, dosent Aleksandr Makovçik, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi İqor Kozel, Filologiya fakültəsinin dekanı, professor Vasili Stariçonok və BDPU-nun Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Fuad İbrahimovla görüş keçirilib. Görüşdə BSU ilə Maksim Tank adına BDPU arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bir sıra birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib. Onlar daha sonra BDPU-nun Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan "Azərbaycan poeziyası günü" adlı tədbirdə iştirak etmişlər. Tədbirdə universitetin rəhbərliyi, həmçinin qonaq qismində Belarus Respublikasında Azərbaycan İcmasının rəhbəri İlham Hacıyev, Azərbaycan Respublikasının Belarus Respublikasında fəaliyyət göstərən səfirinin müşaviri Hacıyev, səfirliyin üçüncü katibi Minə İmanova da iştirak ediblər.

Tədbirdə BDPU nun Filologiya fakültəsinin I tədris ilinin tələbələri görkəmli Azərbaycan şairlərinin şeirlərini ifa ediblər. Sonra Mərkəzin rəhbəri Fuad İbrahimov Azərbaycan poeziyası haqqında ətraflı məlumat təqdim edib.

 

Возможно, это изображение 3 человека и текст

Возможно, это изображение 1 человек и учится

Возможно, это изображение 6 человек и отдел новостей