BSU-da “Ekoinklüziya” mövzusunda seminar təşkil olunub

Aprelin 3-də Bakı Slavyan Universitetinin “Yaşıl dünya naminə həmrəylik ili” və “Autizm aylığı”çərçivəsində hazırlanan tədbirlər planına əsasən Ekoinklüziya mövzusunda seminar keçirilib.

Tədbirdə BDU Pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova, Azərbaycan Dillər Universitetinin (ADU) İnklüziv Təhsil Mərkəzinin rəhbəri Nigar Zeynalova, ADPU-nun müəllimləri, BSU-nun  Məktəb-Lisey kompleksinin direktoru, BSU-da “Yaşıl dünya naminə BSU könüllüləri” qrupunun üzvləri, universitetin elmi-pedaqoji heyəti iştirak ediblər.

Seminarda 135 nömrəli tam orta məktəbin direktoru, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı, İnklüziv təlim üzrə mühazirəçi Şəfa Qurbanova İnklüzivliyin ekosistemdə yeri haqqında təqdimatla çıxış edib. Çıxışda ekoinklüziyanın mahiyyətindən söz açan Şəfa Qurbanova ekoinklüziyanın ekoloji sistemdə inklüzivliyin təmin edilməsi olduğunu bildirib. O, bütün insanlara eyni münasibəti təmin edərək hər cür diskriminasiyadan uzaq durmaqla cəmiyyətin tolerantlığı və ekoinklüziyanı təmin etdiyini deyib. Bu tendensiyanın (İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, 1948) İnsan Hüquqları Bəyannaməsində ilk dəfə təqdim edildiyini, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası, 1989, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası, 2006, Azərbaycan Respublikasının Konstitusiyasında, 1995-ci il “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda, 2009–cu il “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda öz əksinin tapdığını qeyd edib.  Əliliyi olan şəxslərin təhsil hüquqlarından söz açan Ş. Qurbanova“Əlilliyi olan şəxslərin hüquqları haqqında” (The Convention on the Rights of Persons with Disabilities (CRPD)) Konvensiya barəsində ətraflı məlumat verib. O, həmçinin Covid-19 pandemiyasının iqtisadi, sosial və ekoloji fəsadları iqtisadi sistemləri ekoloji və inklüziv prinsiplərə uyğun yenidən qurmağın vacib və aktual olduğunu göstərdiyini bildirib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.