BSU-nun əməkdaşları Özbəkistan Respublikasına işgüzar səfər ediblər

Bakı Slavyan Universitetinin (BSU) əməkdaşları mart ayında Özbəkistan Respublikasına işgüzar səfər ediblər. Səfər zamanı BSU və Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq istiqamətləri üzrə müzakirələr olunub, universitetin inzibati və akademik heyətinin nümayəndələri ilə görüşlər keçirilib. Həmçinin, səfər zamanı əməkdaşlar “Təhsildə iqtisadiyyat, idarəetmə və rəqəmsal innovasiyalar: müasir tendensiyalar və çağırışlar” mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak edərək maraqlı fikir mübadiləsi aparıblar.