BSU-da 18 Mart Çanaqqala Zəfərinə və Şəhidlərin Anım Gününə həsr olunmuş tədbir keçirilib

Bakı Slavyan Universitetində (BSU) Filologiya fakültəsinin nəzdində Türkologiya kafedrasının təşkilatçılığı ilə 18 Mart Çanaqqala Zəfərinə və Şəhidlərin Anım Gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə öncə iki dost,qardaş ölkənin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsini müvəqqəti icra edən, Türkologiya kafedrasının müdiri Gülnarə Əliyeva bildirib ki, 1915-ci ildə baş vermiş Çanaqqala Savaşından 109 il ötür. Çıxışında Çanaqqala Savaşında Türkiyə tarixinin gələcək qurtuluş savaşının əsasının qoyulduğunu və bu savaşın bütün Türk dünyasının qürur, iftixar yeri olduğunu vurğulayıb. 

Tədbirdə Türk filologiyası ixtisasının I tədris ili tələbəsi Rüxsarə Ağakişiyeva, I tədris ili tələbələri F. Quliyeva, Ş. Məmmədzadə, F. Əlili, A. Zamanova, Qərbi Avropa dilləri fakültəsinin Türkiyəşünaslıq ixtisasının III tədris ili tələbəsi O. Məmmədli, Türk filologiyası ixtisasının I tədris ili tələbəsi S. Əliyev, I tədris ili tələbələri N. Ələkbərova, S. Əliyeva, Qərbi Avropa dilləri fakültəsinin Türkiyəşünaslıq ixtisasının II tədris ili tələbəsi İ. Cəfərova Çanaqqala Zəfəri ilə bağlı çıxışlar ediblər. Çıxışlardan sonra tədbir müzakirələrlə davam edib.