“Yaşıl Dünya Naminə Həmrəylik İli” ilə bağlı BSU-nun Tədbirlər Planı çərçivəsində “Yaşıl Dünya Naminə Yaşıl Universitet” mövzusunda seminar təşkil olunub

Martın 13-də Bakı Slavyan Universitetində “Yaşıl Dünya Naminə Həmrəylik İli” ilə bağlı BSU-nun Tədbirlər Planı çərçivəsində professor Zahid Məmmədovun iştirakı ilə “Yaşıl Dünya Naminə Yaşıl Universitet” mövzusunda seminar təşkil olunub.

Seminarda professor Zahid Məmmədov təbii resurslardan düzgün istifadə edilməməsi nəticəsində yaranan maliyyə böhranları, ənənəvi iqtisadi artım modelindən yaşıl iqtisadiyyata keçidlə bağlı ətraflı məlumat verib. “Yaşıl Universitet” konsepsiyasının əhəmiyyətindən, dünyanın aparıcı universitetlərinin bu istiqamətdə gördükləri işlərdən söz açıb.

Seminar müzakirələrlə davam edib.