BSU-nun çinli tələbələri Azərbaycanın şanlı Qələbəsinə həsr edilən kitabın Çin dilində nəşrinin təqdimatında iştirak ediblər

Martın 12-də Bakı Slavyan Universitetinin (BSU) çinli tələbələri “Regional İnkişaf” İctimai Birliyi və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılan Qələbə və onun tarixinə həsr edilən “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının 7 dildə nəşri ilə gənclərin tanışlığına həsr edilən tədbirdə iştirak ediblər.

BSU-nun magistrantı Zhikai Cao tədbirdə çıxış edərək bu kitab sayəsində çinli tələbələrin Azərbaycan tarixi və lideri haqqında həqiqətləri öyrəndiyini vurğulayıb.

Qeyd edək ki, nəşrin əsas məqsədi bu kitab vasitəsilə gənc nəslə tarixi həqiqətlərin dolğun və ətraflı çatdırılması, onun geniş təbliğidir.