BSU-nun doktorantı Qazaxıstanda Beynəlxalq Gənclər Forumunda iştirak edib

Bakı Slavyan Universitetinin (BSU) doktorantı, Pedaqogika və psixologiya kafedrasının gənc müəllimi Səyyarə Həsənli Torayqırov adına Qazaxıstan Universitetində keçirilən "Gənclərin gücü: uğurlu gələcəyə doğru ilk addım" adlı Beynəlxalq Gənclər Forumunda təqdimat və məruzə ilə çıxış edib.