BSU-da Birgə və Sağlam İctimai Birliyinin təşkil etdiyi təlimlərə start verilib

Fevralın 29-da Birgə və Sağlam İctimai Birliyi və Bakı Slavyan Universiteti (BSU) arasında imzalanmış memoranduma əsasən universitetin məktəbəqədər təhsil, təhsildə sosial-psixoloji xidmət və ibtidai təhsil ixtisasları üzrə təhsil alan tələbələrin iştirakı ilə həyata keçiriləcək təlim proqramının ilk modulu keçirilib.


Birliyin əməkdaşı Gülşən Tağıyeva “0-6 yaş dönəminin önəmi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda 0-6 yaş dönəminin inkişaf mərhələləri, inkişaf sahələri haqqında ətraflı məlumat verilib.

Görüş interaktiv şəkildə davam edib.