BSU-da akademik mübadilə çərçivəsində təhsil alan Özbəkistanın bir qrup tələbəsi ilə görüş keçirilib

Fevralın 29-da Bakı Slavyan Universitetinin Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 2023/2024-cü tədris ilinin yaz semestrində BSU-nun Filologiya fakültəsində “İngilis dili və ədəbiyyatı” ixtisası üzrə təhsil almağa başlayan tələbələr - Zöhrə Yusupova (II tədris ili), Fatima Yusupova (II tədris ili) və Emil İbrahimovla (I tədris ili) Beynəlxalq əlaqələr üzrə prorektorluqda  görüş keçirilib.

Özbəkistanlı tələbələr BSU ilə bağlı xoş təəssüratlarını bölüşüb, tələbə və müəllimlər tərəfindən diqqət və qayğı ilə əhatə olunduqlarına görə BSU rəhbərliyinə təşəkkür ediblər.