BSU-nun magistrantı "Özbəkistanın gənc filologiyası - 2024" konfransında iştirak edib

Bakı Slavyan Universitetinin (BSU) magistrantı Şəhla Muradzadə Özbəkistan Milli Universitetində "Özbəkistanın gənc filologiyası - 2024" respublika elmi-praktiki konfransında "A.P.Çexovun “İoniç” hekayesində mənəvi dəyərlər" adlı məruzə ilə çıxış edib. Məruzə konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Şəhla Muradzadə konfransın təşkilat komitəsi tərəfindən sertifikatla təltif olunub.

Qeyd edək ki, BSU-nun bir qrup tələbəsi Özbəkistanda 1 aylıq müddətində təcrübə keçir. İstehsalat təcrübəsi BSU ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin 2023-cü ildə akademik heyət və tələbələr arasında mübadilə haqqında əldə edilmiş razılaşmasına uyğun olaraq həyata keçirilir.