BSU tələbələri üçün “Beynəlxalq Bakalavriat proqramında sinfin idarə olunması” mövzusunda praktiki təlim keçirilib

Fevralın 27-də Avropa Azərbaycan Məktəbində Bakı Slavyan Universitetinin (BSU) “Şagird hazırlığının müasir çağırışları: dünya standartları üçün müəllimlər” layihəsi çərçivəsində Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini tərəfindən BSU tələbələri üçün “Beynəlxalq Bakalavriat proqramında sinfin idarə olunması” mövzusunda praktiki təlim keçirilib.

Təlimdə tələbələr praktik şəkildə sinfin idarə olunması metodlarına yiyələniblər.

Qeyd edək ki, “Şagird hazırlığının müasir çağırışları: dünya standartları üçün müəllimlər” layihəsi universitetin keyfiyyətli təhsil təmin etmək və qlobal çağırışlara hazır olan yeni nəsil məktəb müəllimləri hazırlamaq hədəfini əks etdirir. Layihənin əsas məqsədi–ölkəmizdə beynəlxalq təlim proqramları üzrə fəaliyyət göstərən ümumtəhsil müəssisələrində (IB, A-Level, IPC və s.) çalışmaq üçün kadr hazırlığına dəstək verməkdən ibarətdir.