BSU-nun bir qrup tələbəsi Özbəkistanda istehsalat təcrübəsi keçir

Bakı Slavayan Universitetinin (BSU) Özbəkistan Respublikası Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlığı çərçivəsində universitetin müxtəlif ixtisaslarında təhsil alan bir qrup tələbəsi-Zəhra Haqverdiyeva (Regionşünaslıq ixtisası), Nərmin Məmmədova (Xarici dil müəllimliyi ixtisası), Şəhla Muradazadə (Dil və ədəbiyyatın tədrisi və metodologiyası ixtisası) Özbəkistanda 2023-2024-cü tədris ili üzrə yaz istehsalat təcrübəsi keçmə hüququ qazanıb.


Qeyd edək ki, yaz semestrində (16 fevral-16 mart tarixləri arasında) bir aylıq təcrübə müddətində mübadilə iştirakçısı olan tələbələr ictimai və mədəni tədbirlərdə də iştirak edəcəklər.