BSU-da “Kurikulumun İbtidai sinif müəlliminin peşə fəaliyyətində rolu” mövzusunda təlim keçirilib

Fevralın 14-də Bakı Slavyan Universitetində (BSU) universitetin Karyera xidməti şöbəsinin təşkilatçılığı ilə Təhsil fakültəsində təhsil alan tələbələr üçün “Kurikulumun İbtidai sinif müəlliminin peşə fəaliyyətində rolu” mövzusunda təlim keçirilib.

Təlimdə BSU-nun Tədris işləri üzrə prorektoru Ənvər Abbasov kurikulum anlayışından bəhs edərək qeyd edib ki, dünya miqyasında geniş yayılmış təhsil modellərindən biri olan kurikulum anlayışı ABŞ-da 70-ci illərdən sonra formalaşıb.

Azərbaycan Respublikasında Kurikulum üzrə görülmüş işlərdən söz açan prorektor təhsil sahəsində islahat proqramının başlıca məqsədləri, onun əsas prinsipləri, inkişaf mərhələləri haqqında ətraflı məlumat verib.

Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.