BSU tələbələri Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “Gənclərin ideya marafonu” adlı tədbirdə I və II yerə layiq görülərək mükafatlandırılıb

Fevralın 5-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər Həftəsi” çərçivəsində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində gənclərin iştirakı ilə keçirilən “Gənclərin ideya marafonu” adlı tədbir keçirilib.
Bakı Slavyan Universitetinin (BSU) tələbələrinin də iştirak etdiyi tədbirdə komandalar I və II yerə layiq görülərək mükafatlandırılıb.
BSU-nun Şərqi Avropa Dilləri fakültəsiinin tələbəsi Şirinova Aynur və Təhsil fakütəsinin tələbəsi Balakişiyeva Xəyalə birinci yer, Qərbi Avropa Dilləri fakültəsinin tələbəsi Aysel Qurbanova isə ikinci yerə layiq görülüb.
Tədbirin keçirilməsində məqsəd gənclərin hərtərəfli və ahəngdar inkişafı ilə bağlı keçirilən layihələrin keyfiyyətinin artırılması, ideya təkliflərinin hazırlanması, müzakirəsi və seçilməsi olub.

 

Возможно, это изображение 3 человека и текст