BSU-da Təhsilin İnkişaf Fondu, Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə tərəfdaşlıq əsasında “IELTS imtahanına təşviq” layihəsi çərçivəsində imtahanı uğurla başa vuran pedaqoji heyət üzvü və təhsilalanların təltif olunması mərasimi keçirilib

Fevralın 1-də Bakı Slavyan Universitetində Təhsilin İnkişaf Fondu, Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə tərəfdaşlıq əsasında “IELTS imtahanına təşviq” layihəsi çərçivəsində imtahanı uğurla başa vuran pedaqoji heyət üzvü və təhsilalanların təltif olunması mərasimi keçirilib.

Tədbirdə çıxış edən Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev hər kəsi salamlayaraq Elm və Təhsil Nazirliyinə, Təhsilin İnkişafı Fonduna (TİF) və Təhsildə Keyfiyyət Təminatı Agentiyinin İdarə Heyətinin(TKTA) layihəyə dəstək verdikləri üçün dərin təşəkkürlərini bildirib. BSU-nun Ulu öndər Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli sərəncamı ilə yeni istiqamətdə formalaşdırıldığından söz açan  Rektor Anar Nağıyev elə həmin tarixdə 13 iyun 2023-cü il tarixində “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi haqqında” imzalanan üçtərəfli əməkdaşlıq müqaviləsini diqqətə çatdırıb. O, qısa müddət ərzində elmi-pedaqoji heyət üzvləri və təhsilalanlar tərəfindən layihəyə çox aktiv marağın olduğunu bildirib. Rektor “Təhsildən tərəqqiyə” devizi ilə təşkil olunan Təhsilin İnkişafı Forumunun önəmi, təhsilimizin gələcəyi, qloballaşan proseslərdə təhsil müəssisələrinin innovativ  inkişafı mövzusunda yaradılan imkanlardan və bu istiqamətdə qurulmuş olan əməkdaşlıqlardan da danışıb. Layihənin əhəmiyyətini xüsusi vurğulayan rektor  hazırda BSU-nun 9 müxtəlif dil üzrə dil tədrisi və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini bildirib və növbəti dönəmlər üçün bu mərkəzlərin dillərin testləşməsi, sertifkatsiya mərkəzlərinə çevrilməsi üçün müəyyən addımlar atıldığını vurğulayıb. Bununla yanaşı rektor 2024-cü ildə qarşıya qoyulan məqsədlərdən və bu məqsədlərin həyata keçirilməsi aspektindən də danışıb. Anar Nağıyev müəllim və tələbə heyətinin bu layihədə aktiv fəaliyyətlərinə görə öz təşəkkürlərini bildirib. 

Sonra TİF İdarə Heyətinin sədri Elnur Nəsibov çıxış edib. O bildirib ki, universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsini hədəfləyən layihə 7 ali təhsil müəssisəsində keçirilib, onlardan biri də BSU-dur. Elnur Nəsibov qeyd edib ki, layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 285 nəfərə IELTS sertifkatı təqdim olunur. 

TKTA İdarə Heyətinin sədri Tural Əhmədov imtahanda uğur qazanan müəllim və tələbə heyətinin təbrik edib, onlara uğurlar arzulayıb. O, qeyd edib ki, elmi-pedaqoji heyətin və təhsilalanların dil biliklərinin yüksək olması ali təhsil müəssisələrinin illik fəaliyyət planlarının tərkib hissəsidir.  

Daha sonra tədbir çərçivəsində təltifolunma mərasiminə keçid edilib. Elmi-pedaqoji heyət üzvləri və təhsilalanlar IELTS sertifkatı ilə təltif olunublar. 

Sonda BSU-nun rektoru Anar Nağıyev layihə iştirakçılarını bir daha təbrik edib və elmi-pedaqoji heyət üzvləri və təhsilalanlara dərin təşəkkürlərini bildirib.

 

Bir 11 nəfər, xəbər otağı və mətn şəkili ola bilər

Bir 5 nəfər və mətn şəkili ola bilər

Bir 5 nəfər və mətn şəkili ola bilər

Bir 14 nəfər, dərs oxuyan insanlar, cədvəl və mətn şəkili ola bilər

Bir 4 nəfər və mətn şəkili ola bilər

 Bir 6 nəfər və mətn şəkili ola bilər

Bir 11 nəfər və mətn şəkili ola bilər

Bir 4 nəfər və xəbər otağı şəkili ola bilər

Bir 6 nəfər və dərs oxuyan insanlar şəkili ola bilər

Bir 3 nəfər, dərs oxuyan insanlar və mətn şəkili ola bilər

Bir 3 nəfər və dərs oxuyan insanlar şəkili ola bilər

Bir 5 nəfər şəkili ola bilər

Bir 2 nəfər və mətn şəkili ola bilər

Bir 2 nəfər və mətn şəkili ola bilər

Bir 2 nəfər və mətn şəkili ola bilər