BSU-nun Məktəb-Lisey Kompleksinin şagirdi “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin finalına vəsiqə qazanıb

Bakı Slavyan Universitetinin(BSU) Məktəb-Lisey Kompleksinin XI sinif şagirdi Xalid Vəkilovun ETN biomühəndislik Elmi tədqiqat laboratoriyasının əməkdaşı Mehdiyev Şaiq Faiq oğlunun rəhbərliyi ilə "Xlorofil ikincili məhsulların antiradikal aktivliyinin həssaslaşdırıcı kimi" elmi işi “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin finalına vəsiqə qazanıb.