BSU-nun ingilis dilini tədris edən bir qrup elmi-pedaqoji heyəti və tələbələri "IELTS imtahanına təşviq" layihəsində yüksək nəticə əldə ediblər

Bakı Slavyan Universitetinin (BSU) ingilis dilini tədris edən bir qrup elmi-pedaqoji heyəti və tələbələri "IELTS imtahanına təşviq" layihəsində yüksək nəticə əldə ediblər. İmtahanlarda iştirak edən Xarici Dilləri kafedrasının müəllimləri Simnarə Cəbrayılova 8, Həcər Məmmədova 7.5, Kəmalə Əzizova 7, İngilis filologiyası kafedrasının müəllimləri Nigar Əsgərova, İlhamə Əliyeva 7.5, Turan Əkbərli, Vəfa Mürsəlova 7, Avropa Dilləri kafedrasının müəllimləri Elmira Xanəliyeva, Günel Əzizova 7 bal, Təhsil fakültəsinin əməkdaşı Səma İsmayılzadə 7.5, Tərcümə ixtisası üzrə təhsil alan IV tədris ili tələbələri Rüstəm Babayev 7 və Cavid Novruzov 7, 5 bal toplayıblar.  

Qeyd edək ki, layihə BSU Təhsilin İnkişafı Fondu (TİF) və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında  imzalanmış “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi haqqında” üçtərəfli əməkdaşlıq müqaviləsinə əsasən həyata keçirilib. Layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan akademik heyət üzvlərinin imtahan üzrə ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanıb.